Xəstəliklər
Sarışın, kürən, yoxsa qaraşın? -
Xəstəliklər

Sarışın, kürən, yoxsa qaraşın? - Həkim xərçəngə ən çox meyilli olanı açıqladı

E-saglam.az-ın məlumatına görə, bu barədə tanınmış rusiyalı onkoloq Vadim Maklakov xəbərdarlıq edib.

Onun sözlərinə görə, melanoma dəriyə rəng verən melanositlərdən inkişaf edir.

"Xəstəlik tez metastaz verdiyinə görə çox aqressiv sayılır. Təkcə dəri deyil, selikli qişalarda, o cümlədən mədə-bağırsaq traktında, gözlərdə və cinsiyyət orqanlarında da yarana bilər" , - deyə o bildirib.

Həkimin sözlərinə görə, uğurlu əməliyyatdan sonra belə, bəzi hallarda xəstəlik ilk il ərzində təkrar baş verə bilər.

Maklakov qeyd edib ki, bu xəstəlik xüsusilə günəş vannalarından sui-istifadə edənlər və tez-tez solyariyə gedənlər arasında daha çox yayılıb.

"UV şüaları (həm UVA, həm də UVB) dəridə immun hüceyrələrin fəaliyyətini zəiflədir, bu da xərçəng riskini artırır" , - deyə o əlavə edib.

Onkoloq vurğulayıb ki, erkən diaqnoz xəstəliyin uğurla müalicəsində əsas faktordur:

"Əgər kiçik ölçülü şiş erkən aşkar olunarsa, 5 illik sağ qalma göstəricisi 90%-dən çoxdur. Lakin şişin qalınlığı 3.5 mm-dən böyükdürsə, bu göstərici 48%-ə enir. Əgər xəstəlik metastaz veribsə, orta ömür müddəti 5-9 ay təşkil edir" , - deyə o izah edib.

Bu səbəbdən, həkim 40 yaşına qədər hər 3 ildən bir, 40 yaşdan sonra isə hər il dəriyə skrininq müayinəsi keçməyi tövsiyə edib. (Oxu.Az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun