Faydalı
Sarımsağın faydaları
Faydalı

Sarımsağın faydaları

Bir çox yeməklərdə istifadə olunan sarımsaq təbii antibiotikdir. İnfeksiyalara qarşı qoruyucu özəlliyi ilə bilinən sarımsağın faydaları bununla da kifayətlənmir.

E-saglam.az xəbər verir ki, sarımsaq mütəmadi olaraq istehlak edildikdə diş çürüməsini aradan qaldırır. Zərərli mikrobları məhv edərək damağın itirdiyi sağlamlığını bərpa edir.

Beyin fəaliyyətini artıran sarımsaq altsheymer riskini azaldır. Beynin qocalmasının qarşısını alaraq yaddaşı gücləndirir.

Sarımsaq qan damarlarını genişləndirir və arterial təzyiqi azaltmağa kömək edir. Bu səbəbdən qan təzyiqi yüksək olan insanların mütəmadi sarımsaq istehlak etməsi tövsiyə olunur. Eyni zamanda ürəyin yükünü də azaldır. Qan dövranını sürətləndirərək infarkt riskini azaldır.

Xərçəng hüceyrələrinin inkişafını ləngidən sarımsaq qaraciyər, ağciyər və öd kisəsi kimi həyati orqanların da fəaliyyətini gücləndirir./axşam.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun