Sağlamlıq
Saqqız çeynəmək nə qədər faydalıdır?
Sağlamlıq
239

Saqqız çeynəmək nə qədər faydalıdır? Diş həkimi açıqlayır

Bəzən nəfəsimizi təzələmək və ya sadəcə ağzımızı məşğul saxlamaq üçün saqqız çeynəməyə ehtiyac duyuruq. Amma bunu nə qədər müddət etmək doğrudur?

E-saglam.az xəbər verir ki, Diş gigiyenası üzrə mütəxəssis Karina Yatsenko bildirir ki, saqqız 10-15 dəqiqədən artıq çeynənməməlidir. Bu xüsusilə çənə oynağı problemi olan şəxslər üçün vacibdir, çünki uzun müddət çeynəmək çənəyə əlavə stress yaradır.

Aç qarnına saqqız çeynəmək isə tövsiyə edilmir. Yemək olmadan çeynəmək mədə turşusunun ifrazını artırır və bu, həzmsizlik və ya mədə problemlərinə səbəb ola bilər. Əsas məqsəd tüpürcək ifrazını artırmaq və bununla dişləri təbii olaraq "yumaq"dır. Bu effekt üçün 5-10 dəqiqə kifayətdir.

Əgər saqqızdan maksimum fayda əldə etmək istəyirsinizsə, ksilitol tərkibli olanlara üstünlük verin. Ksilitol dişləri kariyes yaradan mikroblardan qoruyur, lövhə yığılmasının qarşısını alır və diş minasının bərpasına da kömək edir.

Nəticə olaraq:

  • Saqqızı 10-15 dəqiqədən çox çeynəməyin.

  • Aç qarına çeynəməkdən çəkinin.

  • Ksilitollu saqqızlar diş sağlamlığı üçün daha faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun