Tibbi xəbərlər
Şamaxıda çörək sexində nöqsan aşkarlandı
Tibbi xəbərlər

Şamaxıda çörək sexində nöqsan aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şamaxı şəhəri, N. Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirib.

AQTA-dan E-saglam.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun