Qidalanma
Şam yeməyindən sonra edilən ən sağlam olmayan
Qidalanma
118

Şam yeməyindən sonra edilən ən sağlam olmayan səhv aşkarlandı

Diyetoloq Ana Luzon bildirib ki, bir çox insan şam yeməyindən sonra sağlamlığına zərərli olan ümumi bir səhvə yol verir.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə son yeməkdən sonra ən təhlükəli səhvin divanda televizora baxmaq və ya yataqda uzanmaq kimi tam hərəkətsizlik olduğunu söylədi. O, xəbərdarlıq etdi ki, bu, mədə-bağırsaq hərəkətliliyini yavaşladır.

"Bədən fiziki olaraq dayandıqda, həzm kəskin şəkildə yavaşlayır və bu da qidanın mayalanmasına, qazların yığılmasına səbəb olur".

Luzon bildirib ki, şam yeməyindən sonra hərəkətsiz qalmaq şişkinliyi daha da artıra bilər. O, yeməkdən sonra 10-15 dəqiqəlik qısa gəzintinin bağırsaqların fəaliyyətini aktivləşdirdiyini və həzmi yaxşılaşdırdığını qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun