Tibbi xəbərlər
Sağlam həyat tərzi sürən 39 yaşlı idmançıya
Tibbi xəbərlər
153

Sağlam həyat tərzi sürən 39 yaşlı idmançıya xərçəng diaqnozu qoyuldu

39 yaşlı məşqçi Danni Dunkan düzgün qidalanma və müntəzəm fiziki fəaliyyətdən ibarət sağlam həyat tərzi keçirirdi.

E-saglam.az xəbər verir ki, bu, ona kolorektal xərçəngdən qaçmağa kömək etməyib.

Duncan izah etdiyi kimi, həkimlər onun xərçəngi ilə genetikası arasında əlaqə tapmadılar. Həkimlər xəstəliyin ətraf mühitdən gələn zərərli maddələrin, o cümlədən qida və təmizlik vasitələrinin tərkibində olan maddələrin səbəb olduğunu irəli sürüblər. İdmançı uzun müddət onlara məruz qalıb: o, uşaqlıqdan qeyri-sağlam qidalar yeyirdi və 10 il əvvəl sağlam qidalanma rejiminə keçib.

Xərçəng diaqnozu qoyulduqdan sonra, Duncan uşaqları olanları diyetlərində qazlı şirin sular, fast food, mağazadan alınmış şirniyyatlar, sosislər və kolbasa da daxil olmaqla ultra emal olunmuş qidaları məhdudlaşdırmağa çağırdı.

Təlimçinin fikrincə, sağlam qidalanmaya doğru addımlar çətin ola bilər, lakin təhlükəli xəstəliklər riskini azaltmaq üçün lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun