Saçları açıq şəkildə yatmağın qadınlar üçün zərərli olduğu məlum olub.
E-saglam.az xəbər verir ki, bunun qadınlara 6 mənfi təsiri var. Onlar aşağıdakılardır:
1. Dolaşıq saçlarla oyana bilərsiniz
Yuxuda olarkən sağa-sola çöndüyünüz üçün saçlarınız düyünlənir. Saçınızın yastığa sürtünməsi buna səbəb olur. Bunun ziyanı sadəcə, dağınıq saçlarla oyanmanızla bitmir. Həmçinin, bu günlərlə təkrarlandığı üçün saç tellərinizin zəifləməsi ilə nəticələnir.
2. Sızanaq yaradır
Həssas cildiniz varsa, saç tellərinizin gecə boyu üzünüzə dəyməsi sızanaqların yaranmasına səbəb olur. Üstəlik saç kremlərindən istifadə edirsinizsə bu ehtimal daha da yüksək olacaq. Yatarkən saçlarınızı üzünüzdən uzaq tutmağınız, bu tip problemlərin qarşısını almağa kömək edəcək.
3. Saç uzanmasına mane olur
Saçınız dolaşdıqda telləriniz zərər görür və bu durum saçlarınızın uzanmasına mane olur. Uzun saç xəyal edirsinizsə tellərinizi zədələnməkdən qoruyun.
4. Saçınız qıvırcıqlaşır
Saçın qıvırcıqlaşmasına səbəb olan ən bəsit faktor gecə onları açıq saxlamağınızdır. Açıq saçlar yastığa nə qədər çox sürtünərsə, saçınızdan o qədər çox nəm buxarlaşar.
5. Saç qırıqlarına səbəb olur
Yatarkən saçlarınızı bağlamasanız, gecə boyunca hərəkət etdikcə saçlarınız zərər görəcək. Bunun nəticəsində saçlarınız qırılacaq və ucları bölünəcək. Bunun qarşısını almaq üçün yatarkən onları bağlamağınız və ipək yastıq üzündən istifadə etməyiniz tövsiyyə olunur.
6. Yuxu keyfiyyətinə təsir göstərir
Saçı açıq yatmaq sizin yuxu keyfiyyətinizə də birbaşa təsir göstərən amillərdəndir. Yatdığınız zaman tüklərin üzünüzə dəyməsi yuxunuzun pozulmasına səbəb olur. //Axşam.az