Gözəllik-dəb
Saç tökülməsinin 7 SƏBƏBİ
Gözəllik-dəb

Saç tökülməsinin 7 SƏBƏBİ

E-saglam.az saçların gündəlik bəzi tökülmə səbəbini təqdim edir: 

Qidalanma

Kifayət qədər kalori qəbul edə bilməyəndə saç və saç dərisi vitaminlərdən məhrum olur. Çox vaxt pəhriz saxlayanda saçlar surətlə tökülür.  

Günəş şüaları 

Günəşin ultrabənövşəyi şüaları saçların elastikliyini və gücünü azaldır. Uzun müddət istiyə və günəş işığına məruz qalmaq saç və saç dərisini quruda bilər. Bu da saç tökülməsinə səbəb olur. Açıq rəngli və nazik saçlar daha tez təsirlənir.

Saçları sıx bir yerə yığmaq

Sıx hörüklər və toplanan saçlar tükləri gərginləşdirir və tökülməsinə səbəb olur. 

Saçı tez-tez yumamaq

Saç dərisinə yığılmış çirk saçların inkişafının qarşısını alır. Bu da gələcəkdə saçın nazikləşməsinə və saç tökülməsinə şərait yaradır. 

Saç kəsdirməmək

Saçları davamlı kəsdirmək onun sağlam böyüməsinə kömək edə bilər və incəlməsinin qarşısını alır. Daim saç kəsdirmək quru, qırıq və ölü saç uclarını təmizləyir.

Baş qaşımaq 

Saç dərisində qaşınma göbələk, allergiya və ya iltihablanmanın nəticəsində yarana bilər. Bütün bu problemlər saçlara zərər verir və incəldir. Başı qaşıyan zaman saç köklərinizə zərər versəniz, bu saç tökülməsinə səbəb ola bilər.

Saç düzəltmə alətlərindən istifadə 

Saç qurutma və formaverən alətlər zərərlidir. Yüksək istilik saçlardakı yağları və zülalları, qoruyucu maddələri məhv edir, nəm tarazlığını pozur, qırılma və incəlməyə səbəb olur. Sonda isə nəticə olaraq saçlarınız tökülür. /Lent.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun