Yandex watch
Saç tökülməsinə qarşı dərmanlar

Saç tökülməsinin müalicəsini qəbul etdikdən sonra 28 yaşlı amerikalı kişi erektil disfunksiya və itkin penis də daxil olmaqla bir sıra yan təsirlərə məruz qaldı.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, New York Postun məlumatına görə, finasterid adlı preparatın ciddi yan təsirləri barədə bir şəxs Mark Millinin podkastında danışıb.

Adının açıqlanmasını istəməyən həmin şəxs 2023-cü ildə saç tökülməsinə qarşı finasterid qəbul etməyə başladığını, lakin cinsi sağlamlığına mənfi təsir etdiyini görüb dərhal dərmanı dayandırdığını bildirib. Onun sözlərinə görə, ilkin simptomlar tez aradan qalxsa da, bu müddət ərzində ciddi narahatlıqlar yaşayıb. Buna baxmayaraq, sonradan dərmanı daha aşağı dozada yenidən qəbul etməyə qərar verib.

O bildirib ki, yan təsirlər daha da ağırlaşıb: bədənin aşağı hissəsində kəskin ağrılar yaranıb, libido tamamilə itib, həftələrlə davam edən erektil disfunksiya halları yaşanıb. Podkast aparıcısının sözlərinə görə, hətta cinsi orqanının formasında dəyişiklik hiss edib. Ən ağır fəsad isə bir aydan sonra başlayan şiddətli yuxusuzluq olub — 10 gün ərzində demək olar ki, yatmayıb.

Şikayətçi daha sonra uroloqa müraciət etdiyini, sağlam qidalanmağa və mütəmadi idmanla məşğul olmağa başladığını, lakin problemlərin hələ də davam etdiyini qeyd edib. “Sümüyüm dəli kimi cırıldayır, bu, qorxuncdur. Yenə yata bilmirəm, dərimdə qabarcıqlar var, cinsi funksiyam isə zəifləyib. Hər ay yeni bir yan təsir ortaya çıxır”, – deyə o bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az