Tibbi xəbərlər
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri barədə
Tibbi xəbərlər
362

Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri barədə qərar verilib

Məhkəmə külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov barədə qərar verib.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Anar Mövsümoğlu məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində H.Seyidov barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, H.Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, sabiq şöbə müdiri müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət alıb.

H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun