Rusiyalı qadın çiy ət və yuyulmamış meyvələr yedikdən sonra ağır xəstələnib.
E-saglam.az xəbər verir ki, bu barədə Lenta.ru nəşri məlumat yayıb.
Bildirilir ki, qadın sağlamlıq üçün çox təhlükəli olan listeriya bakteriyasına yoluxub.
Qadının sözlərinə görə, xəstəlik əvvəlcə halsızlıq, baş ağrısı və başgicəllənmə ilə başlayıb. O, bu əlamətləri əvvəlcə qan şəkərinin düşməsi, təzyiqin qalxıb-enməsi və miqrenlə əlaqələndirib. Lakin vəziyyəti pisləşib və daha ciddi simptomlar - işıqdan qorxma (fotofobiya), qusma, görmədə problemlər, yeriməkdə çətinlik, nəfəs çatışmazlığı və bədən temperaturunun 39,5 dərəcəyədək yüksəlməsi müşahidə olunub.
Qadın təcili tibbi yardım çağırıb və xəstəxanaya yerləşdirilib. Orada ona meningit diaqnozu qoyulub.
Həkimlərin ehtimalına görə, bakteriyalar qadının orqanizminə ya çiy ət, ya da yuyulmamış meyvə-tərəvəz vasitəsilə daxil olub. Qadın özü də etiraf edib ki, müntəzəm olaraq az bişmiş steyk yeyib və bəzən meyvələri yumadan istifadə edib.
Oxu.az