Tibbi xəbərlər
Rusiyalı həkimlər nar boyda aorta anevrizması olan
Tibbi xəbərlər
239

Rusiyalı həkimlər nar boyda aorta anevrizması olan kişinin həyatını xilas ediblər

Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunun həkimləri qarın aortasının nar böyüklüyündə anevrizması olan kişinin həyatını xilas ediblər.

E-saglam.az xəbər verir ki, bu barədə Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova danışıb.

Xəstə döş sümüyünün, bel nahiyəsinin və sağ hipoxondrinin şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onu müayinə ediblər və qarın aortasında böyük anevrizma aşkar ediblər. Mütəxəssislər bədəni qanla təmin edən əsas damarlardan birinin anormal genişlənməsinin ölçüsünü böyük bir narla müqayisə ediblər və bildiriblər ki, bu olduqca nadirdir - 10 faiz hallarda baş verə bilir. 

Həkimlər anevrizmanın yerləşdiyi yerə görə çox çətin olan təcili əməliyyat keçiriblər. Bildiriblər ki, o, bağırsağın bir sahəsini sıxırdı və birbaşa böyrək arteriyalarının altında yerləşirdi: “Belə lokalizasiya nadirdir və yüksək ölüm riski ilə müşayiət olunur. Bundan əlavə, xəstədə retroperitoneumda geniş hematoma yaranıb ki, bu da böyrəklərə zərərli təsir göstərə bilər”, - deyə mer müavini izah edib.

Əməliyyat zamanı məlum olub ki, anevrizma səbəbindən xəstədə yalnız bir böyrək normal işləyir. Bu baxımdan, cərrahlar qan itkisinin qarşısını almaq üçün mümkün olan hər şeyi ediblər, çünki qan köçürülməsi onun üzərində əlavə problem yaradardı.

İndi kişi özünü yaxşı hiss edir. O, ambulator müalicə alır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun