Xəstəliklər
Rusiyada qorxulu xəstəlik yayılır - Minlərlə donuz yandırıldı
Xəstəliklər
143

Rusiyada qorxulu xəstəlik yayılır - Minlərlə donuz yandırıldı

Rusiyanın Primorsk diyarında Afrika taununun yayılması səbəbindən təxminən beş min donuz yandırılıb.

Bu barədə Heyvan Xəstəliklərinə Nəzarət üzrə Ussuri Baytarlıq Stansiyası məlumat yayıb.

Bildirilir ki, heyvanlar əvvəl yatızdırılıb, hazırda isə ərazidə Afrika donuz taunu ilə bağlı karantin tətbiq olunduğu üçün onların cəmdəkləri yandırılır.

Qeyd edək ki, klassik donuz taunu - donuzların virus xəstəliyi olub, qızdırma, qan damarlarının və qanyaradıcı orqanların zədələnməsi, yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur. Bu xəstəlik təsərrüfatlara böyük iqtisadi ziyan vurur: heyvanların ölüm nisbəti 80-100% təşkil edir. Həmçinin kütləvi ölümdən sonra binaların dezinfeksiya edilməsinə, heyvanların utilizasiyasına, karantin tədbirlərinə külli miqdarda vəsait xərclənməlidir.

Virus insanlar üçün təhlükə yaratmır, lakin insanlar infeksiyanın daşıyıcısı ola bilərlər. Afrika donuz taunu bu xəstəliyin daha təhlükəli növüdür.

 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun