Tibbi xəbərlər
Rusiyada qarın ağrısından şikayəti olan və illərlə həkimə getməyən qadın
Tibbi xəbərlər
133

Rusiyada qarın ağrısından şikayəti olan və illərlə həkimə getməyən qadın böyük problemlə üzləşdi

Rusiyanın Lipetsk vilayətinin sakini olan qadın bir neçə il ərzində ginekoloq müayinəsindən keçməyib və onun uşaqlıq yolunda nəhəng şiş əmələ gəlib.

E-saglam.az-ın xəbərinə görə, bu barədə Lipetsk vilayətinin səhiyyə naziri Anna Markova "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, 45 yaşlı xəstə iki il ərzində qadın sağlamlığı ilə bağlı problemlərdən əziyyət çəksə də, kömək üçün müraciət istəməyə tələsməyib. Həkim qəbuluna düşdüyü zaman isə ona uşaqlıq fibromioması diaqnozu qoyulub və əməliyyat olunması zərurəti yaranıb. Daha bir il yarım qadın cərrahi müdaxilə etməyə cəsarət etməyib, nəticədə isə şiş nəhəng ölçülərə çatıb və qadının həyatına çətinliklər yaratmağa başlayıb.

2025-ci ilin avqustunda Lipetsk Regional Klinik Xəstəxanasının həkimləri onu əməliyyat ediblər.

"Ginekologiya şöbəsinin mütəxəssisləri uğurlu əməliyyat keçiriblər - onlar 30x45 sm ölçülü və təxminən 5 kiloqram ağırlığında nəhəng miomatoz düyün olan uşaqlığı çıxardılar", - deyə Markova bildirib.

Oxu.az

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun