Rusiyada koronavirusun XEC variantına ilk yoluxma qeydə alınıb.
E-saglam.az APA-ya isinadən xəbər verir ki, bu barədə Rospotrebnadzorun Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, Rusiyada koronavirusun XEC variantına yoluxma ilə bağlı yeddi hal müəyyən edilib.
“Qurum rəsmiləri COVID-19-un yeni variantı - XEC ilə bağlı vəziyyəti izləməyə davam edir, bütün dövr ərzində cəmi yeddi hal aşkarlanıb”, - deyə Rospotrebnadzordan bildirilib.
Qurumdan verilən açıqlamada o da qeyd olunub ki, Rusiyada koronavirus infeksiyasının dominant variantı JN.1 xətti olaraq qalır.