Xəstəliklər
Rusiya, Belarus və Ukraynadan gətirilən 63 tona yaxın kartof yararsız çıxıb
Xəstəliklər
146

Rusiya, Belarus və Ukraynadan gətirilən 63 tona yaxın kartof yararsız çıxıb

Rusiya, Belarus və Ukraynadan Azərbaycana idxal olunan 63 tona yaxın kartof məhsulunda zərərvericilər aşkarlanıb.

Bu barədə E-saglam.az-a Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun idxal etdiyi Belarus Respublikasının “Экономфрукт” şirkətinə məxsus 21 ton, Ukrayna Respublikasının “Внешняя торговля и переработка" şirkətinə məxsus 21 ton və Rusiya Federasiyasının “Агромир” şirkətinə məxsus 20,95 ton kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun