Roma Papası Fransisk əməliyyat olunacaq.
E-saglam.az xəbər verir ki, bu barədə Papanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Romanın “Cemelli” xəstəxanasına yerləşdirilən pontifik bağırsaq əməliyyatı keçirəcək.
Əməliyyatın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəyi qeyd edilib.