Xəstəliklər
Revmatizm xəstələrinin peyvəndləmədən əvvəl xüsusi müayinəyə - EHTİYACI VAR?
Xəstəliklər
60

Revmatizm xəstələrinin peyvəndləmədən əvvəl xüsusi müayinəyə - EHTİYACI VAR?

Revmatoloji xəstəliklər dövrün ən aktual problemlərindən sayılır

Bütün dünyada olduğu kimi Azərbaycanda da revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxdur. Revmatizmin müalicəsi adətən hormonal dərman preparatları ilə aparıldığı üçün xəstələrin immun sistemi zəifləyə bilər. Ona görə də, belə xəstələr yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd vurdurmaqdan ehtiyat edirlər.

E-saglam.az bildirir ki, tibb elmləri doktoru, həkim-revmatoloq Fərhad Talıbovun AZƏRTAC-a verdiyi məlumata görə, revmatoloji xəstəliklər koronavirus əleyhinə vaksin vurdurmaq üçün əks göstəriş deyil: “Revmatik xəstəliklərdən əziyyət çəkənlərin əksəriyyəti hormonal dərman preparatları ilə müalicə olunurlar. Həmin preparatların müsbət effektləri ilə yanaşı arzuolunmayan yan təsirləri də var.

Əks təsirlərindən biri odur ki, hormonal dərman vasitələri orqanizmin müqavimət gücünü azaldır. Nəticədə, revmatizm xəstələrində immunitet digərlərinə nisbətən aşağı düşdüyündən koronavirusa yoluxma riski daha yüksəkdir. Lakin nəzərə almaq lazımdır ki, COVID-19-dan xilas olmağın yeganə yolu peyvəndləmədir. Beləliklə, xəstələr revmatoloji narahatlıqlar üçün istifadə etdikləri dərman preparatlarını qəbul etməyi dayandırmamalı və vaksinasiyadan keçməlidirlər. Çünki revmatik xəstəliklərin koronavirus əleyhinə vaksin vurdurmaq üçün əks göstəriş olduğu barədə Ümumdünya Səhiyyə Təşkilatı heç bir məlumat yaymayıb”.

Həkim-revmatoloq qeyd edib ki, vaksinin xəstəliyin minimal aktivliyi dövründə vurulması daha məsləhətlidir: “Revmatizm xəstələrinin vaksinasiyadan əvvəl xüsusi müayinəsinə ehtiyac yoxdur. Digər xəstəliklər üçün nəzərdə tutulan ümumi müayinələr revmatik xəstələr üçün də keçərlidir. Sadəcə ağır dərəcəli xəstələr ehtiyatlı davranıb revmatoloq müayinəsindən keçdikdən sonra peyvənd vurdurmalıdırlar”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun