Müalicəsi düzgün aparılmadıqda, revmatizm əlilliyə səbəb olur.
E-saglam.az xəbər verir ki, bu sözləri həkim-revmatoloq Aysel Ağalarova “Kaspi” qəzetinə açıqlamasında bildirib.
Revmatoloq həkim deyir ki, Azərbaycandakı revmatoloji xəstələrin 60-70 faizi düzgün diaqnozun qoyulmaması nəticəsində əllilik dərəcəsinə çatanlardır: “Belə xəstələrdə bütün ağırlaşmaları müşahidə edirik. Hər iki əllərdə, dizlərdə, pəncədə, aşağı ətraflarda bütün oynaqlarda deformasiyalar başlayır və fiziki məhdudiyyətin yaranmasına qədər gətirib çıxarır. Xəstə özünə qulluğu tamamilə itirir”.