Tibbi xəbərlər
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda
Tibbi xəbərlər
172

Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda beş əməliyyat icra olunub

Respublika Klinik Xəstəxanasında pasiyent üzərində cərrahiyyədə ən mürəkkəb əməliyyatlardan biri olan "Whipple" uğurla icra olunub.

E-saglam.az xəbər verir ki, bildirilib ki, 1959-cu il təvəllüdlü pasiyent ağır mədə-bağırsaq qanaxması ilə Respublika Klinik Xəstəxanasına müraciət edib. Aparılan müayinələr nəticəsində ona gecikmiş mədəaltı vəzinin başının xərçəngi diaqnozu təyin olunub.

Pasiyent daha əvvəl bir çox tibb müəssisəsinə müraciət etsə də, yaşı və xəstəliyin gedişatı səbəbindən əməliyyata qəbul edilməyib. Respublika Klinik Xəstəxanası isə pasiyenti qəbul edib, o, müəyyən müddət ərzində həkim nəzarətində saxlanıldıqdan sonra əməliyyata alınıb.

Beş saatdan çox davam edən əməliyyat tibb müəssisəsinin baş həkimi, professor Sahib Hüseynovun rəhbərliyi və ümumi cərrah Bayram Bayramovun iştirakı ilə uğurla həyata keçirilib.

Əməliyyat zamanı xəstədə eyni anda beş orqan - mədənin bir hissəsi, mədəaltı vəzinin başı, böyük piylik (omentum), onikibarmaq bağırsaq (duodenum), öd yollarının distal hissəsi (xoledok) üzərində cərrahi əməliyyat icra olunub.

Daha sonra pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun