Tibbi xəbərlər
Respondentlərin 43,9 faizi COVID pasportu almağı planlaşdırır - SORĞU
Tibbi xəbərlər

Respondentlərin 43,9 faizi COVID pasportu almağı planlaşdırır - SORĞU

Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 10-dan Azərbaycanda COVID-19 pasportunun tətbiq olunduğunu nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən 16-21 iyun tarixlərində sorğu keçirilib.

Mərkəzdən E-saglam.az-a bildirildiyinə görə, sorğuda iştirak edən 1084 respondentin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 43,9%-i hazırda COVID-19 pasportunu əldə etmədiyini, lakin alacağını, 33,1%-i isə artıq sözügedən sənədə sahib olduğunu bildirib.

Cavab verənlərin 13,3%-i COVID pasportunu almağı düşünmədiyini, 9,7%-i isə tərəddüd etdiyini vurğulayıb.

Respondentlərin 38,3%-i vaksin vurdurmaqla, 6,6%-i isə koronavirusa yoluxub sağaldığına görə COVID-19 pasportu əldə edib. Sorğu iştirakçılarının 55,1%-i hələ ki, pasport əldə etməyib.

COVID-19 pasportunun əldə edilməsi ilə bağlı verilən sualın cavabında sorğu iştirakçılarının 15,7%-i sənədi “e-Təbib” mobil tətbiqindən yüklədiyini, 8,7%-i “e-gov.az” saytından əldə etdiyini deyib.

Sənədi vaksin vurdurarkən aldığını deyənlər sorğu iştirakçılarının 16,6%-ni, COVID-19 pasportunun olmadığını söyləyənlər cavab verənlərin 59%-ni təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 11,8%-i COVID-19 pasportunu iş yerinə, 4,6%-i idman zalına gedərkən təqdim edib. İştirakçıların 3%-i bu pasportu səyahət edərkən, 2,3%-i məscid, kilsə və digər dini obyektlərə gedərkən istifadə etdiyini vurğulayıb.

Respondentlərin 24,4%-nin COVID-19 pasportu olsa da, hələ ki istifadə etmədiyini, 53,9%-i isə sözügedən sənədə sahib olmadığını qeyd edib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun