
Reflüks mədə turşusunun özofagusa geri sızması nəticəsində ürək yanması, ağız qoxusu və digər narahatlıqlara səbəb olan bir xəstəlikdir. Mütəxəssislər bəzi qidalanma vərdişlərinin və həyat tərzi səhvlərinin reflüksü pisləşdirdiyini bildirirlər.

E-saglam.az xəbər verir ki, reflüks xəstələri çiy göyərtilərdən, xüsusilə kahıdan uzaq durmalıdır. Onun əvəzinə bişmiş tərəvəzlərə, məsələn, ispanaq və brokoli kimi qidalara üstünlük vermək daha uyğundur. Turşulu meyvələr, tomat pastası və konservləşdirilmiş məhsullar mədə turşusunu artırır və reflünü şiddətləndirir. Qəhvə, çay, spirt və turşu məhsullarının istehlakı da məhdudlaşdırılmalıdır.
Qızardılmış və yağlı qidalar, fast food və işlənmiş məhsullar reflüks simptomlarını daha da pisləşdirir. Sağlam və yüngül yeməklər seçmək vacibdir. Yeməkdən dərhal sonra fiziki fəaliyyətdən çəkinmək, xüsusilə əyilməmək və ani hərəkətlər etməmək lazımdır.
Yemək zamanı həddindən artıq maye qəbul etmək mədəni genişləndirərək reflüyə səbəb ola bilər. Dar geyimlər mədəyə təzyiq göstərdiyi üçün rahat və boş paltarlar geyinmək tövsiyə edilir. Həddindən artıq çəki reflüksü ağırlaşdırdığı üçün ideal çəkiyə çatmaq üçün sağlam qidalanmaq və idman etmək vacibdir.
Yatmazdan 4-5 saat əvvəl yeməkdən çəkinmək lazımdır, çünki uzanmaq mədə möhtəviyyatının geri sızmasını asanlaşdıra bilər. Düzgün qidalanma və həyat tərzi dəyişiklikləri reflüks ilə mübarizədə kömək edir. Əlamətlər davam edərsə, mütəxəssisə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc