
Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Alper Sözütek dünyada ən çox rast gəlinən 3-cü xərçəng növü olan kolorektal xərçəng hadisələrinin bölgədə artıq 20 yaşa qədər endiyini vurğulayıb.

E-saglam.az xəbər verir ki, o bildirib ki, tualet vərdişlərində dəyişiklik, ürəkbulanma, qusma, qanaxma və qarın boşluğunda qəfil şişkinlik halları meydana çıxarsa və siz 40 yaşdan yuxarı olsanız, kolorektal xərçəng ehtimalı nəzərdən keçirilməlidir.
Prof. Dr. Menteş isə müasir həyat tərzinin bu cür xəstəliklərin artmasına səbəb olduğunu bildirib və Aralıq dənizi pəhrizi, nizamlı tualet və duş vərdişlərinin xəstəliklərin qarşısını almaqda önəmli rol oynadığını vurğulayıb.
Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Ömər Alabaz ailədə genetik meyl olmasa belə, yanmış ət və qırmızı ətin həddindən artıq istehlakının kolon xərçənginin inkişafında ciddi rol oynadığını vurğulayıb.
Kolorektal xərçəng əməliyyatını idarə edən Prof. Dr. Alper Sözütek bölgədə bu xəstəliyin 20 yaşa qədər endiyini bildirib. O qeyd edib ki, xüsusilə müalicəyə gecikən hallarda bağırsaq tıxanması kimi ciddi problemlərlə qarşılaşılır. Bu səbəbdən kolonoskopik müayinələrin əhəmiyyəti artıb və risk faktoru olanların mütəmadi olaraq müayinə olunması tövsiyə edilir.
Prof. Dr. Sözütek, yoğun bağırsaq xərçənginin bəzən heç bir simptom vermədən irəliləyə biləcəyinə diqqət çəkib. O bildirib ki, bəzi hallarda xəstələr tıxanma və ya başqa şikayətlərlə həkimə müraciət etdikdə, rutin müayinələr zamanı qaraciyər və ya ağciyərlərə metastaz aşkarlanır. Xüsusilə tualet vərdişlərində dəyişiklik, ürəkbulanma, qəfil qusma və qarında şişkinlik kimi simptomlar varsa və yaşınız 40-dan yuxarıdırsa, kolorektal xərçəng ehtimalı nəzərdən keçirilməlidir. O əlavə edib ki, bəzi insanlarda bağırsaq əməliyyatı qorxusu var, lakin vaxtında müayinə və müdaxilə həyat xilas edə bilər.
Tərcümə: Könül Oruc