Quş qripi, əsasən quşlar arasında yayılan, nadir hallarda insanlara keçə bilən A tipli H5N1 virusunun yaratdığı xəstəlikdir. Virus yoluxmuş quşların tüpürcəyi, nəcis və bədən mayeləri vasitəsilə yayılır.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, insanlara birbaşa təmas yolu ilə ötürülməsi mümkündür, lakin düzgün bişirilmiş quş əti və yumurta ilə keçdiyinə dair sübut yoxdur.
Tövsiyələr:
- Çiy və ya az bişmiş quş əti və yumurtadan çəkinin.
- Çiy ət və yumurta ilə təmasdan əvvəl və sonra əllərinizi yaxşıca yuyun.
- Çiy qidaları ayrı saxlayın və təmizləmə alətlərini isti, sabunlu su ilə yuyun.
- Yumurtaları 40°F (4°C) və ya daha aşağı temperaturda saxlayın.
Bu ehtiyat tədbirləri ilə quş qripindən qorunmaq mümkündür.
Tərcümə: Könül Oruc