Quru öskürək həm böyüklər, həm də uşaqlarda geniş yayılmış sağlamlıq problemidir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Prof. Dr. Canan Karatayın sözlərinə görə, quru öskürək bədənin zəifləmiş immun sistemindən xəbər verə bilər və bu problemi həll etmək üçün təbii üsullara müraciət etmək mümkündür.
Karatay, öskürəyin əsas səbəblərindən biri kimi buğda və çörək məhsullarında olan lektin zülalını göstərir. Bu maddə bədənin iltihab reaksiyasını tətikləyərək quru və davamlı öskürəyə səbəb ola bilər. Həmçinin, evdə istifadə edilən kimyəvi təmizləyici vasitələr və yuyucu maddələr də tənəffüs yollarını qıcıqlandıraraq öskürək yarada bilər. Şəkərli və işlənmiş qidalar isə qaraciyərin sağlamlığını pozaraq toksin yığılmasına gətirib çıxarır və immuniteti zəiflədir.
Zeytun yağı quru öskürəyi aradan qaldırmaq üçün ən təsirli vasitələrdən biridir. Təmiz zeytun yağı ilə ağız qarqara etmək selikli qişaları yumşaldaraq öskürəyin təsirini azalda bilər. Bundan əlavə, burunu kristal qaya duzu ilə yuyaraq iltihabı azaltmaq və tənəffüs yollarını təmizləmək də faydalıdır. Ağız pH-ını tarazlamaq üçün dişləri çörək sodası ilə təmizləmək də öskürəyi sakitləşdirən effektiv üsullardandır.
Karatay, düzgün qidalanmanın quru öskürəyin qarşısını almaqda mühüm rol oynadığını vurğulayır. Xüsusilə zeytun yağı, sümük suyu və kelle paça şorbası kimi qidalar immuniteti gücləndirir və orqanizmi toksinlərdən təmizləyir. D vitamini qəbulunu artırmaq da immunitet sistemini dəstəkləyir və öskürəyin qarşısını alır.
Quru öskürəkdən qorunmaq üçün şəkərli və qablaşdırılmış qidalardan, həmçinin günəbaxan və qarğıdalı yağı kimi bitki yağlarından uzaq durmaq tövsiyə olunur. Təbii, təzə və sağlam qidalara üstünlük verərək immuniteti gücləndirmək və öskürəyin qarşısını almaq mümkündür.
Tərcümə: Könül Oruc