Tibbi xəbərlər
Qurban Bayramının vaxtı AÇIQLANDI
Tibbi xəbərlər

Qurban Bayramının vaxtı AÇIQLANDI

2021-ci ilin Qurban bayramının vaxtı açıqlandı. Qurban bayramı bu tarixdə olacaq.

“Qurban Bayramında bayram namazı iyulun 21-də qılınacaq”.

E-saglam.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. O, bayram namazına daha çox insanın qatılmasına icazə verilib-verilməyəcəyi ilə bağlı suallara da aydınlıq gətirib:

“Bu barədə hazırda məndə dəqiq məlumat yoxdur. Hər şey yoluxma səviyyəsindən və vaksinasiyanın vəziyyətindən asılıdır. Hazırda vəziyyət əlverişlidir, ona görə də məscidlər müəyyən şərtlərlə fəaliyyət göstərir. Bayram namazına qədər vaksinasiya olunan insanların sayı da artsa, yoluxma dinamikası belə qalarsa və ya daha müsbət dinamika müşahidə olunarsa, o zaman yəqin ki, bayram namazında daha çox insanın iştirakı mümkün ola bilər. Amma bu barədə indidən qəti söz söyləmək çox çətindir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu il Qurban bayramının iyulun 20-21-nə təsadüf etdiyini açıqlamışdı. 

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun