Tibbi xəbərlər
Qulaqlıq taxmaq eşitmə itkisinə
Tibbi xəbərlər

Qulaqlıq taxmaq eşitmə itkisinə səbəb olurmu?

Qulaqdaxili qulaqlıqların uzun müddət yüksək səslə istifadəsi eşitmə itkisinə və qulaq infeksiyalarına yol aça bilər.

E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, 85 dB-dən yüksək səs səviyyələrinə davamlı məruz qalmaq eşitmə qabiliyyətinin azalmasına səbəb ola bilər.

Uzunmüddətli istifadə daxili qulaq hüceyrələrinə zərər verə, tinnitus və səs-küydə eşitmə çətinliyi kimi problemlərə yol aça bilər. Həmçinin, qulaqlıqlar qulaq kanalında bakteriya toplayaraq infeksiyalara və tıxanmalara səbəb ola bilər.

Eşitmə qabiliyyətinizi qorumaq üçün 60/60 qaydasına əməl edin: 60 dəqiqədən çox 60%-dən yüksək səsdə qulaq asmayın.

Səs-küyü ləğv edən qulaqlıqlardan istifadə edin və qulaq istirahətini unutmayın.

Qulaqlıq gigiyenasına diqqət yetirsəniz, sağlamlığınızı qoruyaraq musiqidən həzz ala bilərsiniz.

Uzun müddət qulaqcıqdan istifadə edərək işləmək məcburiyyətindəsinizsə...

1. Qulaqlarınızı qaşımayın: Quruluq və qaşınma hiss edirsinizsə, qulaqlarınızı qaşımaq üçün dırnaqlarınızdan və ya başqa bir şeydən istifadə etməyin.

2. Xüsusilə quru dəriniz və qaşınma varsa, kokos yağı şəklində sürtkü yağından istifadə edin.

3. Mümkün olduqca qulaqüstü qulaqlıqlardan istifadə edin.

4. Qulaqlıq istifadə edirsinizsə, onların təmiz olduğundan və təmiz mühitdə saxlandığından əmin olun. Kauçuk uclarını bəzən spirt salfetlə təmizləyin.

5. Onları yalnız tövsiyə olunan səs səviyyələrində istifadə edin. Uzun müddət yüksək həcmdə istifadə etməyin.

6. Qulaqlarınıza səs-küydən adekvat istirahət verin. Eşitmənin bərpasını asanlaşdırmaq üçün hər saat və ya daha tez-tez istirahət edin.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun