Tibbi xəbərlər
Qulaqların yanması: səbəblər və nə vaxt
Tibbi xəbərlər

Qulaqların yanması: səbəblər və nə vaxt həkimə müraciət etməli?

Qulaqların "yanma" hissi müxtəlif səbəblərdən yarana bilər.

E-saglam.az xəbər verir ki, bəzi hallarda bu, adi fizioloji reaksiya olsa da, ciddi sağlamlıq problemlərinin də əlaməti ola bilər.

Əsas səbəblər:

Emosiyalar və stress – Adrenalin ifrazı qan dövranını sürətləndirir, qulaqlar qızarır.

İqlim dəyişikliyi – Şaxtadan istiyə keçid zamanı qulaqlarda istilik hissi yaranır.

Günəş yanığı – Açıq havada uzun müddət qalmaq aurikülün yanmasına səbəb ola bilər.

Bədən istiliyinin artması – Soyuqdəymə zamanı damarlar genişlənir, istilik hissi yaranır.

Həşərat dişləmələri – Qulaq həşərat dişləməsi nəticəsində qızarıb şişə bilər.

Qida reaksiyası – Spirt və ədviyyatlı yeməklər qan damarlarını genişləndirir.

Otit və digər infeksiyalar – Xarici və orta qulaq infeksiyaları qızartıya və qaşınmaya səbəb ola bilər.

Allergiya – Qida, kosmetika və metalla təmas nəticəsində yaranan allergik reaksiyalar.

Endokrin pozuntular – Şəkərli diabet və ya qalxanabənzər vəzin xəstəlikləri damar funksiyasını pozur.

Hipertoniya – Yüksək qan təzyiqi qulaqların qızarması və istilik hissinə səbəb ola bilər.

Dəri xəstəlikləri – Psoriasis, ekzema və ya dermatit qulaq dərisinin qızarması və qaşınmasına gətirib çıxarır.

Otoimmün xəstəliklər – Qığırdaq toxumasının iltihabı qulaqları isti və ağrılı edə bilər.

Nə vaxt həkimə müraciət etməlisiniz?

Əgər qulaq ağrıyır, eşitmə itkisi, axıntı, döküntü və ya yüksək hərarət müşahidə olunursa, mütləq mütəxəssisə müraciət edilməlidir.

Profilaktika:

Qulaqlarınızı günəşdən qoruyun.

Yüksək səs-küydən çəkinin.

Burun-boğaz xəstəliklərini vaxtında müalicə edin.

Həkimin təyin etdiyi dərmanları düzgün qəbul edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun