Tibbi xəbərlər
"Qulaqlarım yüksək səslərə öyrəşib” deməyin:
Tibbi xəbərlər
238

"Qulaqlarım yüksək səslərə öyrəşib” deməyin: Bu səhvlər sizi kar edə bilər

Prof. Dr. Ferhan Öz qeyd edir ki, qulaqcıqla yüksək səslə musiqi dinləmək qulaq pərdəsinə təzyiq göstərərək onun elastikliyini azaldır və yırtılmasına səbəb ola bilər.

E-saglam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu, daxili qulaq hüceyrələrinə zərər verərək geri dönməz eşitmə itkisinə yol aça bilər. Musiqi dinləyərkən səs 60 desibeldən yüksək olmamalıdır.

Fasilə və mühitin təsiri:

Bir saatdan çox davamlı musiqi dinləməkdən çəkinmək və fasilələr vermək vacibdir. Həmçinin səs-küylü iş yerlərində daxili qulağı qorumaq üçün xüsusi qulaqcıqlardan istifadə tövsiyə olunur.

Qulaq çubuqlarından uzaq durun:

Qulaq çubuqları və bənzər əşyalarla qulaq kanalını təmizləmək infeksiyalara və qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər. Qulağı zədələməmək üçün bu vərdişdən çəkinmək lazımdır.

Orta qulaq infeksiyaları:

Yuxarı tənəffüs yolları infeksiyaları və burun tıxanıqlığı ödəm yarada bilər, bu da orta qulaq infeksiyalarına səbəb ola bilər. Müalicə edilməzsə, qulaq pərdəsi yırtıla bilər. Xroniki hallarda cərrahi müdaxilə tələb oluna bilər, bu zaman qulaq pərdəsi qığırdaq və ya birləşdirici toxuma ilə bərpa olunur.

Qulaq sağlamlığını qorumaq üçün yüksək səslərdən, zərərli təmizləmə vərdişlərindən çəkinmək və vaxtında müalicə almaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun