Qulaq kirinin uzun müddət yığılması ciddi sağlamlıq riskləri yarada bilər.
E-saglam.az xəbər verir ki, otolarinqoloq İvan Kalmıkov bu problemin sandığımızdan daha təhlükəli olduğunu bildirib.
Həkimin sözlərinə görə, qulaq kirinin tıxanması eşitmə qabiliyyətini zəiflədir və bu da insanın ən vacib hisslərindən birinə zərbə vurur. Qulaq kanalında kirin uzun müddət qalması xarici otit — yəni xarici qulaq iltihabının inkişafına gətirib çıxara bilər.
Kalmıkov qeyd edib ki, qulaqları pambıq çubuqları ilə təmizləmək əks effekt yaradır: kir daha da içəri itələnir, tıxanma dərinləşir və qulaq kanalına zədə vurula bilər.
Mütəxəssis tövsiyə edib ki, artıq tıxanma yaranıbsa, ev üsulları tətbiq edilməməlidir. Qulaq kiri yalnız mütəxəssis tərəfindən — xüsusi qarmaq və ya suvarma üsulu ilə — təhlükəsiz şəkildə çıxarıla bilər.
Tərcümə: Könül Oruc