Qulaq məməsindəki "Frank xətti" adlanan diaqonal xətt ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.
E-saglam.az xəbər verir ki, kardiologiya mütəxəssisləri bu xəttin ürək xəstəlikləri ilə bağlı ola biləcəyini bildirirlər, lakin bunun tək bir göstərici hesab edilməməsi vacibdir. Bu xətt, qulaq məməsindəki toxumaların ürək toxumaları ilə oxşarlığından qaynaqlanan bir nəzəriyyə əsasında izah olunur.
Ürək-damar xəstəliklərinin diaqnozunda təkcə fiziki tapıntılar kifayət etmir. Hipertoniya, şəkərli diabet, siqaret, erkən yaşda ürək xəstəlikləri, yüksək xolesterol və passiv həyat tərzi kimi risk faktorları da nəzərə alınmalıdır. Sadəcə "Frank xətti"nin mövcudluğu ürək xəstəliyinin olduğunu göstərmədiyi kimi, xəttin olmaması da tam sağlamlıq əlaməti deyil.
Xüsusilə şəkərli diabet ürək-damar xəstəlikləri üçün əsas risk faktoru sayılır. Diabet diaqnozu qoyulan şəxslər ildə ən az bir dəfə kardioloji müayinədən keçməlidirlər. Erkən yaşda ürək-damar xəstəlikləri keçirmiş ailə üzvləri olan insanlar da bu baxımdan daha yüksək risk altında ola bilərlər və mütəmadi olaraq müayinələrdən keçmələri tövsiyə olunur.
Tərcümə: Könül Oruc