Xəstəliklər
Qulaq cingildəməsini gözardı etməyin:
Xəstəliklər

Qulaq cingildəməsini gözardı etməyin: Bu xəstəliyin xəbərçisi ola bilər

Tinnitus (qulaq cingildəməsi), tez-tez ciddi bir problem olmasa da, bəzi hallarda anemiya kimi xəstəliklərin əlaməti ola bilər.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Daxili xəstəliklər mütəxəssisi Dr. Önder Polat bildirib ki, kişilərdə hemoqlobin səviyyəsi 14 qramdan, qadınlarda isə 12 qramdan aşağı olarsa, bu, anemiya kimi diaqnoz edilə bilər. Anemiya tinnitusa, başgicəllənməyə və digər narahatlıqlara səbəb ola bilər.

Eritrositlərin funksiyası və artması

Eritrositlər oksigeni toxumalara, karbon dioksidi isə ağciyərlərə daşıyır. Hemoqlobinin normadan yüksək olması "eritrositoz" və ya "polisitemiya" kimi təyin olunur və bu vəziyyət bəzən xərçəng, böyrək xəstəlikləri və ya hipoksemiya ilə əlaqəli ola bilər.

Əlamətlər və səbəblər

Polisitemiya ürək-damar simptomlarına, qaşınma və digər problemlərə səbəb ola bilər. Hemoqlobin səviyyəsi aşağı olduqda isə yorğunluq, nəfəs darlığı, baş ağrısı, başgicəllənmə və dəri solğunluğu müşahidə edilə bilər.

Eritrosit azalmasına səbəb olan xəstəliklər

Dəmir çatışmazlığı, talassemiya, B12 çatışmazlığı, xroniki xəstəliklər, müəyyən dərmanlar və ya qanaxma eritrositlərin azalmasına səbəb ola bilər. Bu simptomlar müşahidə olunarsa, həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun