Tibbi xəbərlər
Qulağı irinləyən qadın son anda ölümdən xilas edildi -
Tibbi xəbərlər
845

Qulağı irinləyən qadın son anda ölümdən xilas edildi - Rusiyada

Rusiyanın Moskva vilayətində qulağı irinləyən qadın son anda ölümdən xilas olub.

E-saglam.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, 31 yaşlı qadın şiddətli ürəkbulanma və nitqin pozulması şikayətləri ilə həkimlərə müraciət edib. Ertəsi gün isə o, komaya düşüb.

Həkimlər xəstəyə beyinin qan dövranının kəskin pozulması diaqnozu qoyublar və təcili əməliyyata göndəriblər.

Məlum olub ki, qadının qulağındakı irinli otit (qulağın xroniki iltihabı) abses yaradıb və bu da sağ qulağın arxasındakı kəllə sümüyünün bir hissəsini məhv edib. Bundan əlavə, qadında meningit də əmələ gəlib. Onun başından 30 mililitr irin çıxarılıb.

Bundan sonra qadın oyanıb və tədricən nitqi bərpa olunub. Özünə gələn rusiyalı qadın etiraf edib ki, bir il ərzində qulağındakı ağrılara məhəl qoymayıb.

Hazırda qadın evə buraxılıb. (Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun