Yandex watch
Qripə qarşı antiviral saqqız hazırlanıb -

Pensilvaniya Universitetinin tədqiqatçıları qrip və digər tənəffüs yolu infeksiyalarına qarşı təsirli ola biləcək antiviral xüsusiyyətlərə malik yeni saqqız hazırlayıblar. Laboratoriya testlərində bu eksperimental saqqız virus yükünü 95 faizdən çox azalda bilib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədqiqat sadə, lakin təsirli bir fikrə əsaslanır: Bir çox viral infeksiyalar ağız və boğazda başladığı üçün niyə viruslarla bədənə yayılmadan burada mübarizə aparmayaq? Alimlər antiviral zülalları klassik saqqıza bənzəyən yeməli polimerə birləşdirdilər. Saqqız çeynəyərkən bu zülallar tüpürcəyə buraxılır və ağızdakı virusları zərərsizləşdirir.

Nəticələr ümidvericidir

Tədqiqat hələ eksperimental mərhələdə olsa da, nəticələr ümidvericidir. In vitro testlər göstərdi ki, saqqız aktiv virus hissəciklərini tutaraq, onların insan hüceyrələrinə yoluxmasının qarşısını alır. Xüsusilə, qrip virusuna qarşı 90 faizdən çox və herpes virusuna qarşı oxşar səviyyədə təsirli idi.

Bu yeniliyin təkcə elmi tərəfi deyil, həm də praktiki istifadəsi diqqəti cəlb edir. Aşağı qiymətli və istifadəsi asan olan bu vasitə xəstəxanalar, məktəblər və ictimai nəqliyyat kimi yüksək riskli ərazilərdə gündəlik qoruma təmin edə bilər. Resept tələb edən ənənəvi antiviral dərmanlardan fərqli olaraq, bu saqqızın gündəlik profilaktik maneə kimi istifadə oluna biləcəyi nəzərdə tutulur.

Tədqiqatçılar qeyd edirlər ki, bu məhsul peyvəndləri əvəz etməyəcək, lakin əlavə qorunma rolunu oynaya bilər. Xüsusilə peyvənd oluna bilməyən və ya intensiv virus infeksiyası dövründə olan şəxslər üçün bu, əlavə ehtiyat tədbiri ola bilər.

İnsanlar üzərində aparılan klinik sınaqlar müsbət nəticələr verərsə, bu innovativ məhsul şəxsi gigiyena anlayışımızı dəyişə bilər. Cibinizdə gəzdirdiyiniz saqqız parçası sizi qripdən qoruya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az