Tibbi xəbərlər
Qonşu ölkədə koronavirus təhlükəsi:
Tibbi xəbərlər
344

Qonşu ölkədə koronavirus təhlükəsi: Yeni variant FLiRT-ə 200-ə yaxın yoluxma

Rusiyada koronavirusun yeni variantı olan FLiRT-ə 200-ə yaxın yoluxma qeydə alınıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidməti məlumat verib.

"Bütün monitorinq dövründə FLiRT-ə 178 yoluxma (o cümlədən KP.2 - üç hal, KP.1.1 - beş hal, KS.1 - 170 hal) müəyyən edilib", - deyə məlumatda vurğulanıb.

Departament qeyd edib ki, aşkar edilmiş yeni koronavirus variantları digər növlərdən daha böyük təhlükə yaratmır.

Məlumatda deyilir ki, FLiRT variantları dominant JN.1 variantının uzaq qohumlarıdır, onların hamısı "Omikron" ailəsinə aiddir.

FLiRT variantının səbəb olduğu xəstəliyin simptomlarına qızdırma, öskürək, burun tutulması və ya axıntı, boğaz ağrısı, dad və ya qoxu itkisi daxildir.

Qeyd edək ki, alimlər bu ştamm səbəbindən COVID-19-a yoluxma hallarının artacağını proqnozlaşdırıblar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, FLiRT variantı artıq Avropanın 14 ölkəsində, eləcə də İsraildə tapılıb. FLiRT həm də ABŞ-də dominant ştamdır.

Mənbə: RIA Novosti /Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun