Tibbi xəbərlər
Qohum evliliyi xəstəlikləri artırdı:
Tibbi xəbərlər
410

Qohum evliliyi xəstəlikləri artırdı: Cütlüklərdən DNT testi tələb olunacaq?

Ölkəmizdə 15-dək irsi xəstəlik qeydə alınıb ki, bunun da böyük hissəsinə qohum evliliyindən dünyaya gələn şəxslərdə rast gəlinib.

E-saglam.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "qohum evliliyinə münasibətiniz necədir?" sualı ilə sorğu keçirib.

Sorğuda iştirak edənlərin çoxu qohum evliliyinin əleyhinə olduğunu və yarana biləcək problemlərin qarşısının alınması üçün nikahdan əvvəl tibbi yoxlanışlar siyahısına DNT testinin də salınmasını məqsədəuyğun hesab etdiklərini bildiriblər.

Bəs nikahdan öncə aparılan müayinələrə DNT testi də əlavə edilə bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli bildirib ki, DNT testi vətəndaşın öz qərarı ilə həyata keçirilməlidir:

"Hazırda təklif olunan müayinə paketi kifayətdir və burada baza müayinələr aparılır. Digər müayinələr isə nikaha daxil olmaq istəyən şəxslərin, onların yaxınlarının şəxsi istəyinə əsasən aparılmalıdır".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun