Bəzən qlütenə həssas enteropatiya adlanan çölyak xəstəliyi buğda, arpa və çovdarın tərkibində olan qlütenə qarşı orqanizmin immun reaksiyanın olmasıdır.
Bu sözləri E-saglam.az-a açıqlamasında İnvaziv-Endoskopist Həkim Həcər Ağakişiyeva deyib.
Onun sözlərinə görə, əgər çölyak xəstəliyiniz varsa, qlüten yemək nazik bağırsağınızda immun reaksiyasına səbəb olur: "Zamanla bu reaksiya nazik bağırsağınızın selikli qişasını zədələyir və müəyyən qida maddələrinin udulmasına mane olur (malabsorbsiya). Bağırsaq zədələnməsi tez-tez ishal, yorğunluq, kilo itkisi, şişkinlik və anemiyaya səbəb olur və ciddi fəsadlara səbəb ola bilər.
Uşaqlarda malabsorbsiya böyümə və inkişafa təsir göstərə bilər, həmçinin böyüklərdə müəyyən simptomlara səbəb ola bilər".
Simptomlar
Çölyak xəstəliyinin əlamətləri və simptomları uşaqlarda və böyüklərdə çox fərqli ola bilər. Yetkinlər üçün həzm sistemi əlamətləri və simptomlarına aşağıdakılar daxildir:
İshal
Çəki itirmək
Şişkinlik və qaz
Mədə ağrısı
Ürəkbulanma və qusma
Qəbizlik
Bununla belə, çölyak xəstəliyi olan yetkinlərin yarısından çoxunda həzm sistemi ilə əlaqəli olmayan əlamətlər və simptomlar var:
Anemiya
Osteoporoz,osteomalaziya
Qaşınan, qabarcıqlı dəri səpkiləri
Ağız yaraları
Baş ağrısı və yorğunluq
Sinir sisteminin zədələnməsi
Oynaqlarda ağrı
Dalağın fəaliyyətinin azalması
Uşaqlarda
Çölyak xəstəliyi olan uşaqlarda həzm problemləri böyüklərə nisbətən daha çox olur, məsələn:
Ürəkbulanma və qusma
Xroniki ishal
Şişkin qarın
Qəbizlik
Qaz
Solğun, pis qoxulu nəcis
Qidalandırıcı maddələrin qəbul edilməməsi səbəb ola bilər:
Körpələrdə inkişaf geriliyi
Diş minasının zədələnməsi
Çəki itirmək
Anemiya
Qıcıqlanma
Qısa boyluluq
Yeniyetməliyin gecikməsi
Diqqət çatışmazlığı, hiperaktivlik pozuqluğu (DEHB), öyrənmə çətinlikləri, baş ağrıları, əzələ koordinasiyasının olmaması və qıcolmalar daxil olmaqla nevroloji simptomlar.