Tibbi xəbərlər
Qışda yeməməli olduğunuz 7 qida:
Tibbi xəbərlər
554

Qışda yeməməli olduğunuz 7 qida: Tənəffüs yolu infeksiyalarına səbəb olur

Qış aylarında bədənimizin immunitet sistemi soyuq havanın təsiri ilə zəifləyə bilər. Bu səbəbdən, düzgün qidalanma tənəffüs yolları infeksiyalarının qarşısını almaq üçün vacibdir. Lakin bəzi qidalar, sağlam görünsələr də, soyuq aylarda istehlak edildikdə immuniteti zəiflədə və həzm problemlərinə səbəb ola bilər.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, çiy tərəvəzlər qışda çəkinilməli olan qidalardan biridir. Xiyar, kahı və pomidor kimi tərəvəzlər bədəni sərinlədir və həzmi yavaşladır. Bu mövsümdə tərəvəzləri şorba şəklində və ya buxarda bişirərək istehlak etmək daha sağlam seçimdir.

Soyuq süd öskürək və tıxanıqlıq kimi tənəffüs problemlərini artırır. Süd içmək istəyirsinizsə, onu zərdəçal və ya digər istilik verən ədviyyatlarla ilıq formada qəbul etmək tövsiyə olunur.

Hind qozu suyu isti yay günləri üçün ideal olsa da, qışda bədəni sərinlədir və soyuqluq hissi yaradır. Bunun yerinə isti bitki çayları, məsələn, zəncəfil çayı ilə bədən istiliyini qorumaq daha yaxşıdır.

Sulu meyvələr, xüsusilə qarpız və qovun, qışda həzmi poza və bədəni üşüdə bilər. Bunun əvəzinə immuniteti gücləndirən mövsümi meyvələr, məsələn, portağal, alma və guava seçilməlidir.

Qızardılmış qidalar qışda cazibədar görünə bilər, lakin onlar həzmi ləngidir və bədənin müdafiə mexanizmini zəiflədir. Yağlı yeməklərin əvəzinə bişmiş və ya az yağlı yeməklərə üstünlük vermək tövsiyə olunur.

Fermentasiya edilmiş qidalar da qışda həzmi çətinləşdirə bilər. Mədədə turşuluğu artıraraq narahatlığa səbəb olan bu qidaları daha isti aylara saxlamaq daha məqsədəuyğundur.

Kəsmik qış üçün uyğun olmayan qidalardandır, çünki soyuducu təsiri ilə soyuqdəymə və öskürək əlamətlərini ağırlaşdıra bilər. Əgər kəsmik yeməyi sevirsinizsə, onu bir az isidərək və ya ədviyyatlarla qarışdıraraq yeyin.

Qış aylarında isti, təzə və mövsümi yeməklərə üstünlük vermək sağlam qalmaq üçün vacibdir. Bu sadə qaydalara əməl edərək bədəninizi gücləndirə və mövsümi xəstəliklərdən qoruna bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun