Xəstəliklər
Qeysəriyyə yolu ilə doğuş edən qadın şizofreniya xəstəsi oldu
Xəstəliklər

Qeysəriyyə yolu ilə doğuş edən qadın şizofreniya xəstəsi oldu

Paranoid şizofreniya xəstəsi olan qadının pensiyasının kəsildiyi iddia olunur.

E-saglam.az xəbər verir ki, bu barədə xəstəlikdən əziyyət çəkən Könül Şeydayevanın anası Zeynəb Qulamova Baku TV-yə danışıb.

Onun sözlərinə görə, qızı 2015-ci ildə ikinci övladını qeysəriyyə yolu ilə dünyaya gətirib və əməliyyat zamanı sinirlərinə zərər verilib. Nəticədə, qızı şizofreniya xəstəsi olub:

"İki azyaşlı oğlu var. Onlara baxa bilmir. İl boyu xəstəxanalarda müalicə alır, amma heç bir xeyri yoxdur. Qızıma görə evimi də satmışam".

Z.Qulamova qızının pensiyasının 2023-cü ilin sentyabr ayından kəsildiyini qeyd edib:

"2023-cü ilin dekabr ayında müraciətimizə yenidən imtina gəldi. Qızımı ağır vəziyyətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə apardım. Dedilər ki, narahat olmayın, qızınızın pensiyası bərpa olunacaq".

Xəstənin anası bildirib ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsə də, həlli üçün heç bir tədbir görülməyib.

Ətraflı süjetdə:

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun