Tibbi xəbərlər
Qəbizlik üçün ideal
Tibbi xəbərlər
124

Qəbizlik üçün ideal səhər yeməyi açıqlanıb

Qəbizlik üçün ideal səhər yeməyi seçimi açıqlanıb.

E-saglam.az-ın məlumatına görə, diyetoloq Emi Qoldsmit bildirib ki, yulaf sıyığı bağırsaq fəaliyyətini aktivləşdirir və qəbizlik probleminin aradan qaldırılmasına kömək edən ən faydalı səhər yeməklərindən biridir. Onun sözlərinə görə, yulaf əzməsi həm tərkibi, həm də təsir mexanizmi baxımından həzm sistemi üçün olduqca uyğundur.

Mütəxəssis izah edib ki, yulafın tərkibində beta-qlükan adlı həll olunan lif mövcuddur. Bu lif bağırsaqlara düşdükdən sonra fermentasiya prosesinə başlayır, faydalı bakteriyaların sayını artırır və iltihabın azalmasına kömək edir. Bu da bağırsaq fəaliyyətinin daha stabil və sağlam olmasına şərait yaradır.

Amy Goldsmith əlavə edib ki, yulaf ezmesi yalnız həll olunan deyil, həm də həll olmayan liflə zəngindir. Bu lif növü nəcisin həcmini artırır və onun yoğun bağırsaqdan daha asan və sürətli keçməsini təmin edir. Nəticədə qəbizlik əlamətləri yüngülləşir.

Diyetoloq yulaf sıyığının təsirini artırmaq üçün üzərinə qaragilə, banan və az miqdarda fıstıq yağı əlavə etməyi tövsiyə edib. O, həmçinin səhər yeməyinə yunan qatığı daxil etməyin bağırsaq sağlamlığı üçün faydalı olduğunu və bağırsaq hərəkətlərini asanlaşdırdığını vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun