Xəstəliklər
Qəbizlik probleminin qəti həlli: Tıxanmış bağırsaqları
Xəstəliklər
2384

Qəbizlik probleminin qəti həlli: Tıxanmış bağırsaqları mühərrik kimi işlədir

Qəbizlik çox insanın qarşılaşdığı zəhlətökən bir problemdir. Bu ümumi hala qarşı təbii həll yolları daim axtarılır.

E-saglam.az xəbər verir ki, bağırsaqlarda tıxanmanı aradan qaldırmaq və onların düzgün işləməsini təmin etmək üçün çox üsullar var.

Yenisabah.az qəbizliyi aradan qaldıran təbii üsulu təqdim edir:

Tərkibindəki yüksək lif sayəsində bağırsaq hərəkətlərini sürətləndirən kivinin tərkibində bağırsağa müsbət təsir göstərən aktinidin adlı ferment var. Müntəzəm kivi yemək qəbizlik problemi olan şəxslərdə əhəmiyyətli bir yaxşılaşma təmin edir. O, qarın ağrısı və qaz şikayətlərinin aradan qaldırır.

Salatalara və qəlyanaltılara kivi əlavə etməklə qəbizliyin qarşısının alınmasına və müalicəsinə töhfə verə bilərsiniz. Bundan əlavə, kivi qabıqları lif, fol turşusu və E vitamini ilə zəngindir. Kivinin tərkibindəki antioksidanların çoxu qabıq hissəsində olur.

Kivi qabığı çox yaxşı C vitamini və E vitamini mənbəyidir. E vitamini sərbəst radikallarla mübarizə apararkən, C vitamini qan dövranında oksidləşdirici zərərlə mübarizə apara bilər.

Yetkin bir insanın bağırsaq fəaliyyətinin normal işləməsi üçün gündə 22-34 qram lif lazımdır. Bu miqdardan az lif qəbul edənlər tez-tez qəbizlik problemi ilə qarşılaşa bilərlər. Qəbizliyin qarşısını almaq üçün adekvat və balanslaşdırılmış qidalanma proqramına əməl edə və qəbizlik üçün faydalı olan liflə zəngin qidalarla pəhrizinizi dəstəkləyə bilərsiniz. Bu siyahıya mütləq kivi meyvəsini əlavə etməlisiniz.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun