Yandex watch
Qəbizlik olduğunu düşünürdü, bir neçə ay

İngiltərədə yaşayan 46 yaşlı Kev Koulz uzun müddət şiddətli qarın ağrılarından əziyyət çəkirdi. Həkimə müraciət etdikdə ona sadəcə işlədici dərmanlar yazıldı. Lakin gerçək daha qorxunc idi.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, 2024-cü ilin iyul ayında həyat yoldaşı Kayleigh-in təkidi ilə yenidən həkimə gedən Kevin vəziyyəti pisləşməyə başladı. O, həddindən artıq tərləyir, solğunlaşır və qusurdu. Nəhayət, xəstəxanada aparılan müayinələrdə bağırsağında 9 sm-lik şiş aşkar edildi.

Həkimlər ona dördüncü mərhələdə bağırsaq xərçəngi diaqnozu qoydular və müalicə prosesinə başlandı. Lakin kimyaterapiya zamanı qaraciyər çatışmazlığı inkişaf etdi və xəstəliyin sağalmaz olduğu bildirildi.

Diaqnozdan sonra 35 kq arıqlayan Kev artıq təkbaşına hərəkət edə bilmir. Cütlük toylarını təxirə salaraq sadə bir mərasimlə evləndi. Həyat yoldaşı Kayleigh insanları diqqətli olmağa çağıraraq, "Mədə ağrınız varsa və önəmsiz görünürsə belə, mütləq yoxlatdırın", - dedi.

Tərcümə: Könül Oruc

E-saglam.az