Tibbi xəbərlər
Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO
Tibbi xəbərlər

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb.

E-saglam.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Xatırladaq ki, döyüşçümüz “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi.

Qeyd edək ki, Vətən müharibəsində şərəfli döyüş yolu keçən, Sumqayıt sakini Camal Alxasov Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun