Tibbi xəbərlər
Qazaxda ilk dəfə laporoskopik əməliyyat
Tibbi xəbərlər
388

Qazaxda ilk dəfə laporoskopik əməliyyat icra olunub

TƏBİB region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, o cümlədən bu günədək yalnız paytaxtda icra olunan cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icra olunması istiqamətində yenilikləri davam etdirir.

E-saglam.az xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən laporoskopik əməliyyat uğurla başa çatıb.

Cərrahi əməliyyat xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Bünyamin Abbasəliyev tərəfindən icra olunub. 41 yaşlı pasiyent üzərində həyata keçirilən laporoskopik xolesistektomiya (qapalı üsulla öd kisəsinin xaric edilməsi) əməliyyatından sonrası pasiyent dinamik nəzarət məqsədilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, sözügedən əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun