Tibbi xəbərlər
Qastroenteroloq həftədə neçə yumurtanın
Tibbi xəbərlər
204

Qastroenteroloq həftədə neçə yumurtanın təhlükəsiz olduğunu açıqladı

Qastroenteroloq Yekaterina Kaşux yumurtanın sağlamlığa təsirləri və təhlükəsiz qəbul qaydaları barədə danışıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yumurta yüksək keyfiyyətli zülal, A, D, E və B qrup vitaminləri, eləcə də dəmir və sink kimi vacib minerallarla zəngindir. Bu səbəbdən uzun müddət toxluq hissi verir və sinir sistemi, immunitet və maddələr mübadiləsini dəstəkləyir.

Mütəxəssis yumurtanın xolesterola təsiri ilə bağlı narahatlıqların çox zaman şişirdildiyini qeyd edib. Son araşdırmalara görə, qida ilə qəbul olunan xolesterol ümumi lipid profilinə düşündüyümüz qədər ciddi təsir göstərmir və nəticə daha çox ümumi qidalanma, hərəkətlilik və genetika ilə bağlıdır.

Kaşux bildirib ki, sağlam insanlar üçün gündə 1 yumurta və ya həftədə 5–7 yumurta təhlükəsiz hesab olunur. Lakin xolesterol mübadiləsi pozğunluğu, ateroskleroz, 2-ci tip diabet, qaraciyər və öd kisəsi xəstəlikləri, eləcə də yumurta allergiyası olanların daha ehtiyatlı olması tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun