Tibbi xəbərlər
Qasıq nahiyəsinə zərbə kişilərin potensiyasına
Tibbi xəbərlər
16

Qasıq nahiyəsinə zərbə kişilərin potensiyasına necə təsir edir?

Terapevt Zoe Williams The Sun üçün bildirib ki, qasıq nahiyəsinə zərbə sidik kisəsi və sidik yollarında problemlərə, həmçinin potensiyaya mənfi təsir göstərə bilər.

E-saglam.az-ın məlumatına görə, 59 yaşlı kişi Williamsa müraciət edərək deyib ki, aqressiv tərəfdaşının qasıq nahiyəsinə təpik vurmasından sonra ereksiyaya nail ola bilmir. Zərbədən bir neçə gün sonra sidikdə qan görüb və erektil disfunksiya səbəbindən cinsi əlaqədən çəkinib.

Williams izah edib ki, bu problemlər xroniki xəstəliklərlə deyil, travma nəticəsində yaranıb. Qasıq zədəsi sidik kisəsi, sidik kanalı və ya cinsiyyət orqanının sinirlərinin zədələnməsi və qan dövranının pozulmasına səbəb ola bilər.

Həkim problemi həll etmək üçün ixtisaslı tibbi yardım axtarmağı, həmçinin zədənin nəticələrini tərəfdaşla açıq şəkildə paylaşmağı tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun