Qidalanma
Qarpız-pendir yeyərkən nələrə diqqət etmək lazımdır?
Qidalanma

Qarpız-pendir yeyərkən nələrə diqqət etmək lazımdır?

Qarpız-pendir, yaz aylarında dəyişməz qidalanma cütü. Qarpızın soyuducu ləzzəti zülal baxımından zəngin pendirlə birləşəndə ​​şirin-duzlu balans yaradır. Həzm sistemi üçün faydalı olan bu dad bədənin maye ehtiyacını da ödəməyə kömək edir. Ancaq bu ləzzətli ikilinin həddindən artıq istehlakı sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acıbadem Maslak Xəstəxanasının Qidalanma və Pəhriz Mütəxəssisi Yeşim Özcan qarpız-pendir kombinasiyasının həddindən artıq istehlak edilməməsi lazım olduğunu vurğulayır. Belə ki, bu ikili gündə bir dəfə qəlyanaltı olaraq və həftədə maksimum 3-4 dəfə istehlak edilə bilər. Çox istifadəsi sızanaq problemlərindən tutmuş, yüksək qan şəkərinə və yağlı qaraciyər xəstəliyinə qədər bir sıra problemlərə səbəb ola bilər. 

Əsas yemək kimi istifadə etməyin

Zəngin su tərkibli qarpız, sərinləmək üçün ən çox seçilən qidalardan biridir. Qarpızın kalium ehtiva etməsi səbəbiylə əzələ və oynaq ağrılarına faydalı olduğunu izah edən Yeşim Özcan, "Xüsusilə idmandan sonra qarpız suyu içmək əzələ sistemi üçün çox faydalıdır" deyir. Qarpız bir çox faydasına əlavə olaraq şəkər miqdarı yüksək olan bir meyvə olduğu üçün həddindən artıq istehlakı xüsusilə diabet xəstələrində həyəcan təbili çalmağa səbəb ola bilər. Bu səbəblə qarpızla birlikdə yaxşı bir protein mənbəyi olan pendir istehlakının qan şəkərini tarazlaşdırmağa və dolğunluq müddətini uzatmağa kömək edir.

Qarpız və pendir diyetlərdə qəlyanaltılar üçün istifadə edilən ən uyğun variantlardan biridir. Yemək olaraq yalnız qarpız-pendir istehlak etməyin dezavantajlarına toxunan Yeşim Özcan, “Qarpızın şəkər miqdarı yüksək olduğu üçün insulin ifrazını artırır və qarın yağına səbəb olur. Həddindən artıq pendir istehlak etmək, bədənə artıq yağ və duz qəbulu, yəni kilo da verə bilər. Bu səbəbdən qarpız-pendir cütləşməsində hissə miqdarı xüsusilə nəzərə alınmalıdır. 


Porsiyanın ölçüsünə diqqət yetirin!

Beləliklə, ideal hissə ölçüsü nədir? Qidalanma və Pəhriz Mütəxəssisi Yeşim Özcan, iki nazik qarpız və bir dilim pendirin qəlyanaltı olaraq yetərli olacağını söyləyir və iştaha nəzarət üçün ən yaxşı vaxtın günorta qəlyanaltı olduğunu qeyd edir. Yeşim Özcan, bu təkliflər nəzərə alınmadıqda müxtəlif sağlamlıq problemlərinin ortaya çıxdığını izah edir və bu mövzuda belə məlumat verir: “Qarpız həddindən artıq istehlak edildikdə qan şəkəri balansı pozulur və aclığın daha sürətlənməsinə və çox yeməyə səbəb olur. Ayrıca mədə və bağırsaqlar təsirləndiyindən qaz və şişkinlik kimi problemlər meydana gələ bilər.

Digər bir təhlükə, qarpızdakı şəkərin çox olması qaraciyərin yağlanması kimi problemlərə səbəb olabilmə riskidir. Həddindən artıq pendir istehlakı duz, dəridəki sızanaqlar və yüksək yağ tərkibinə görə artıq çəki səbəbiylə qan təzyiqi problemlərinə çevrilə bilər.

Tərcümə etdi: Könül Oruc

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun