Yandex watch
Qaraciyəriniz təhlükə altında ola bilər -

Piylənmə, qeyri-sağlam qidalanma və oturaq həyat tərzi qaraciyər yağlanmasının əsas səbəblərindəndir. Bu xəstəlik ilkin mərhələdə əlamətsiz olsa da, sonrakı mərhələlərdə siroz və qaraciyər çatışmazlığı kimi ciddi problemlərə yol aça bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qastroenteroloq Dr. Mustafa Yalçın bildirir ki, qaraciyər hüceyrələrində yağ yığılması orqanın funksiyasını poza bilər. Vaxtında tədbir görülməsə, vəziyyət transplantasiyaya qədər gedib çıxa bilər.

Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NASH) təkcə spirt istehlakı ilə bağlı deyil. Piylənmə, diabet və insulin müqaviməti də bu xəstəliyin yaranmasına səbəb ola bilər. Həddindən artıq şəkərli, yağlı və işlənmiş qidalar qaraciyərin sağlamlığına ciddi təsir edir.

Bu xəstəlikdən qorunmaq üçün düzgün qidalanmaq və aktiv həyat tərzi keçirmək vacibdir. Aralıq dənizi pəhrizi, işlənmiş qidalardan uzaq durmaq, kifayət qədər su içmək və mütəmadi idmanla məşğul olmaq qaraciyəri qorumağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az