Xəstəliklər
Qaraciyərin yağlanmasının 5 erkən əlaməti:
Xəstəliklər

Qaraciyərin yağlanmasının 5 erkən əlaməti: Bədəndə özünü belə göstərir

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, qarın nahiyəsində çəki artımı, daimi yorğunluq, sağ qabırğa altında ağrı, səbəbi bilinməyən sızanaqlar, saç tökülməsi və ürəkbulanma yağlı qaraciyər xəstəliyinin əsas göstəricilərindəndir. Bu vəziyyət qaraciyərdə artıq yağın yığılması nəticəsində yaranır və qaraciyər funksiyasını zəiflədərək daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Yağlı qaraciyər iki növə ayrılır: alkoqolsuz və alkoqollu yağlı qaraciyər xəstəliyi. Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) xüsusilə qarın piylənməsi ilə əlaqəlidir və iltihabın əsas səbəbi olan visseral yağın yığılmasına səbəb olur. Bu, daha ciddi mərhələ olan alkoqolsuz steatohepatitə (NASH) gətirib çıxara bilər.

Mütəxəssislər qaraciyərin yağlanmasının qarşısını almaq üçün sağlam həyat tərzini tövsiyə edir. Sağlam pəhriz, müntəzəm fiziki fəaliyyət və çəkiyə nəzarət qaraciyər sağlamlığını qorumaq üçün əsas tədbirlərdir. Əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun