Qaraciyərin düzgün işləməməsinin
Qaraciyərin düzgün işləməməsinin

Sağlam həyatın əsas şərtlərindən biri sağlam qaraciyərə sahib olmaqdır. Buna görə də qaraciyəri qorumağımız vacibdir.

E-saglam.az xəbər verir ki, bu barədə Aztibb.az-a terapevt-hepatoloq Tofiq Əkbərov məlumat verib.

Hepatoloq bildirib ki, qaraciyərin düzgün işləməməsinə səbəb olan bir neçə faktor var:

"Qarının üst qismində ağrı - Bəzi yağlar qaraciyərin böyüməsinə səbəb olur. Buna görə də qarının üst tərəfində ağrı hiss edilir. Amma bu ağrılara mədənizin köpməsi də səbəb ola bilər.

Xroniki yorğunluq - Davamlı olaraq özünüzü yorğun hiss edirsinizsə, bu, qaraciyərin düzgün işləməməsinin əlaməti ola bilər.

Dəridə rəng dəyişilməsi - Dəriniz saralmağa başlayırsa, bu, bəlkə də qaraciyərinizin düzgün işləməməsinə işarədir. Bədən həzmə kömək üçün "bilirubin" adlı bir piqment ifraz edir. Qaraciyər bu piqmenti filtirləyə bilmədiyi zaman sarılığa tutularsınız. Belə xəstələrdə dəri xəstəliklərinə və qaşınma hallarına da rast gəlinir.

Bulantı - Qaraciyər düzgün işləmədiyi zaman tez-tez mədəniz bulanar, xüsusilə də yağlı yeməklər yedikdən sonra. Baş hərlənməsi, qaytarma qaraciyərin düzgün işləmədiyindən xəbər verən digər əlamətlərdir.

Əzələlər - Əgər bədəninizin hər hansı bölgəsi asanlıqla göyərirsə, əzələlərinizdə ağrı varsa və ayaqlarınızda şişlik varsa, demək, qaraciyəriniz vəzifəsini yerinə yetirmir".

E-saglam.az